Avtobus sürücüsündən 7 yaşlı qıza qarşı vəhşilik - İnanılmaz SƏBƏB
    • 13-10-2019, 01:44
    • 598

Avtobus sürücüsündən 7 yaşlı qıza qarşı vəhşilik - İnanılmaz SƏBƏB

Lənkəran rayonu Viyən kəndində azyaşlı qız qonşu kişi tərəfindən vəhşicəsinə döyülüb.

News24.az xəbər verir ki, kənd sakinlərinin verdiyi məlumata görə, 7 yaşlı Zəhranı döyən (ad şərtidir) kənd sakini Əliyev Sadiqdir. 

Hadisə belə baş verib; avtobus sürücüsü işləyən S.Əliyev evdə yatan zaman həyətdə oynayan uşaqların səsinə oyanıb və əsəbi halda bayıra cumub. İlk olaraq əlinə keçən Zəhra olub. O, qızcığaza vəhşicəsinə zərbələr endirib.

Azyaşlı başından, üzündən, gözündən və bədənindən çoxsaylı xəsarətlər alıb. Zərbələrin gücündən Zəhranın qulağındakı sırğa belə qırılıb.

Uşağın atası Abdullayev Nail qızının döyülməsilə bağlı Lənkəran rayon Polis İdarəsinə şikayət edib. Növbətçi hissədən verilən məlumata görə, hadisə təhqiqatçı tərəfindən araşdırılır.
/BAKU.WS/