Gəncədə ev kül oldu

Gəncədə ev kül oldu
HADİSƏ

13 oktyabr 2019, 15:51

Mətn ölçüsü

Gəncədə fərdi yaşayış evi yanıb.


News24.az xəbər verir ki, hadisə rayonun Gülüstan qəsəbəsində yerləşən beş mərtəbəli evin beşinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində fərdi yaşayış evi kül olub. Əraziyə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin canlı qüvvə və texnikası cəlb olunub.


Hadisə zamanı evin sahibəsi 1961-ci il təvəllüdlü Rzayeva Məxluqə Əli qızı xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.