İkimərtəbəli evin damından özünü atmaq İSTƏDİ...
    • 15-10-2019, 14:27
    • 670

İkimərtəbəli evin damından özünü atmaq İSTƏDİ...

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər ikimərtəbəli evin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbut xidmətindən məlumat verilib.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.