Qubada 4 otaqlı evdə YANĞIN
    • 19-10-2019, 11:12
    • 918

Qubada 4 otaqlı evdə YANĞIN

Qubada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Quba rayonunun Güləzi kəndində ümumi sahəsi 196 m² olan ikimərtəbəli 4 otaq və bir aynabənddən ibarət evin yanar konstruksiyaları 154 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.