Bakıda 15 yaşlı məktəbli qız yoxa çıxdı
    • 19-10-2019, 15:01
    • 4 285

Bakıda 15 yaşlı məktəbli qız yoxa çıxdı

Bakıda yeniyetmə qız itkin düşüb.

News24.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.

Rayonun A.Şaiq küçəsi 185 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Məmmədova Nejən Vüqar qızı oktyabrın 17-də axşam saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.