Nərmin Şahmarzadənin məhkəməsində QALMAQAL - Təcili yardım maşını gəldi - FOTO - VİDEO
    • 21-10-2019, 18:06
    • 1 366

Nərmin Şahmarzadənin məhkəməsində QALMAQAL - Təcili yardım maşını gəldi - FOTO - VİDEO

Xətai rayon Məhkəməsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir etdiyi üçün barəsində xüsusi ittiham qaydasında şikayət verilən psixoloq Nərmin Şahmarzadənin məhkəməsində qalmaqal yaşanıb.

News24.az
-ın məlumatına görə, bu gün keçirilən məhkəmə iclası zamanı qarşıdurma baş verib və tərəflər bir-birini ittiham edib. Hadisə yerində bir nəfərin halının pisləşdiyi və məhkəməyə təcili tibbi yardım briqadasının çağırıldığı bildirilir. Hadisə ilə bağlı əttaflı məlumat veriləcək.

Qeyd edək ki, Nərmin Şahmarzadəyə qarşı 147-ci (böhtan) maddəsi ilə şikayət verilib. Vəkil Ramil Rüstəmovla yanaşı, Fövqəladə Hallar Nazirliyinin mayoru, doqquz qat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də N.Şahmarzadədən məhkəməyə şikayət edib.