Şəki sakinlərindən narkotik GÖTÜRÜLDÜ
    • 22-10-2019, 10:08
    • 1 179

Şəki sakinlərindən narkotik GÖTÜRÜLDÜ

Şəki rayon sakinlərindən narkotik vasitə götürülüb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən News24.az-a narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Z.Qasımov saxlanlılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat tədbirləri ilə ona həmin narkotik vasitəni satan şəxsin rayonun Böyük Dəhnə kənd sakini Fərhad Qəhrəmanov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.  F.Qəhrəmanovdan şəxsi axtarış zamanı 4 qram , yaşadığı evə baxış keçirilən zaman oradan 320 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.