Siyəzəndə mağazadan 3500 manat OĞURLANDI
    • 22-10-2019, 12:32
    • 724

Siyəzəndə mağazadan 3500 manat OĞURLANDI

Siyəzəndə oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də rayon ərazisindəki mağazaların birindən 3500 manat, danışıq kartları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Bəylərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.