Azərbaycanlı qadınları satan şəxs ələ keçdi – FAHİŞƏLİYƏ CƏLB EDİB
    • 22-10-2019, 12:46
    • 1 089

Azərbaycanlı qadınları satan şəxs ələ keçdi – FAHİŞƏLİYƏ CƏLB EDİB

Azərbaycanlı qadınları fahişəliyə cəlb edən Türkiyə vətəndaşı barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Türkiyə vətəndaşı Güneş Nurettin Şükrü oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1-ci, yəni, insan alveri - iki və ya daha çox şəxs barəsində törədildikdə maddəsi ilə açılan işin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İradə Həsənzadənin icraatına verilib.

Qeyd edək ki, N.Güneşin azərbaycanlı qadınları fahişəliyə cəlb etdiyi və onları başqa şəxslərlə görüşərək cinsi əlaqəyə girməyə vadar etdiyi üzə çıxıb.
İş üzrə, B.Hüseynova, S.Qocayeva və G.Cəfərova zərərçəkmiş şəxs qismində tanınıb.