"Qızım, ürəyim partlayır, evə qayıt" övladı itkin düşən ananın hayqırtısı ürəkləri dağladı

"Qızım, ürəyim partlayır, evə qayıt" övladı itkin düşən ananın hayqırtısı ürəkləri dağladı
HADİSƏ

22 oktyabr 2019, 23:12

Mətn ölçüsü

Oktyabr ayının 17 i Şəmkir rayonunun Sabirkənd kəndində itkin düşən 1994-cü il təvəllüdlü Tanrıverdiyeva Gülnar Qafqaz qızının yaxınları danışıb.
News24.az xəbər verir ki, qadın günorta saatların da itib. Gülnar Tanrıverdiyevanın anası Elmira Alırzayeva BAKU.WS-in bölgə müxbirinə bildirib ki, Gülnar itkin düşməmişdən bir neçə saat qabaq onlara gəlib.
"Qızım yoxa çıxmamışdan bir neçə saat qabaq bizə gəldi. Bir müddət oturandan sonra dediki evimdə işim qalıb və getdi.
Günorta saatlarında isə kürəkənim mənə zəng etdiki Gülnar sizdədirmi dedim yox. O gedən yoxa çıxıb.
Qızımı görənlərdən xahiş edirəm bizə,polisə məlumat versinlər".
Qeyd edək ki, 25 yaşlı Gülnar Tanrıverdiyeva iki uşaq anasıdır. Qadın əsəb xəstəliyindən əziyyət çəkirdi və müalicə olunurdu.

NEWS