26 yaşlı oğlanın meyiti tapıldı
Hadisə
Bakıda gənc oğlanın meyiti tapılıb.
News24.az xəbər verir ki, hadisə bu gün saat 03 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.
2000-ci il təvəllüdlü Amid Məzahir oğlu Salmanlının meyitini yaxınları evin həyətində aşkar ediblər.
Yaxınlarının bildirdiyinə görə, 2019-cu ildə Amidin atası Məzahir Salmanov 47 yaşında arısancmasından ölübmüş.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)