Sabirabad sakininin maşınında SİLAH AŞKARLANDI
    • 24-10-2019, 10:30
    • 921

Sabirabad sakininin maşınında SİLAH AŞKARLANDI

Sabirabad sakinindən silah götürülüb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan News24.az-a verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Sabirabad rayonu Qarağac kənd sakini Elsəvər Nəsirov qanunsuz olaraq odlu silah saxlamaqda şübəli bilindiyi üçün Hacıqabul rayonu ərazisində saxlanılıb. Ona məxsus avtomobildən  1ədəd “İJ-52” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.