Daha bir qadın keçmiş həyat yoldaşı tərəfindən döyüldü

Daha bir qadın keçmiş həyat yoldaşı tərəfindən döyüldü
HADİSƏ

25 oktyabr 2019, 01:12

Mətn ölçüsü

Şəmkir sakini keçmiş əri və öz bacısı tərəfindən döyülüb.

News24.az xəbər verir ki, hadisə rayonun Alabaşlı kəndində qeydə alınıb. 1966-cı il təvəllüdlü Bürcəliyeva Gülnarə Binnət qızı döyülmə diaqnozu ilə Gəncədəki xəstəxanalardan birinə gətirilib.

Araşdırma zamanı məlum olub ki, 53 yaşlı qadın keçmiş həyat yoldaşı və öz bacısı tərəfindən döyülüb.

İlkin məlumatlara görə, qadın keçmiş ərindən boşansa da, əri və doğma bacısı ilə bir evdə qalır.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.