Bakıda üç nəfərdən külli miqdarda narkotik vasitə GÖTÜRÜLDÜ
    • 25-10-2019, 11:20
    • 874

Bakıda üç nəfərdən külli miqdarda narkotik vasitə GÖTÜRÜLDÜ

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində üç nəfər saxlanılıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən 1975-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş K.Cəfərovdan 530 qram heroin, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi (PŞ) əməkdaşları tərəfindən 1998-ci il təvəllüdlü Ə.Məsumovdan 221 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa,Yasamal RPİ-nin Narkotiklə Mübarizə Bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 1990-cı il təvəllüdlü R.Babayev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 293 qram heroin aşkar edilərək götürülüb.

Hər üç faktla bağlı araşdırmalar aparılır.