Bakıda çoxmərtəbəli binada YANĞIN
    • 29-10-2019, 13:01
    • 1 322

Bakıda çoxmərtəbəli binada YANĞIN

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı, 3 ədəd qoruyucu açar və elektrik kabeli 2 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.