Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü TUTULDU
    • 29-10-2019, 13:57
    • 725

Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü TUTULDU

Oktyabrın 27-də saat 22 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini E.Əşrəfzadə vurulmuş və xəsarətlə xəstəxanaya yerləşdirilib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Runna” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Əlpənahov saxlanılıb.

Araşdırma aparılır.