Şabranda qatar yandı
    • 29-10-2019, 21:09
    • 1 182

Şabranda qatar yandı

Şabran rayonunda teplovozda yanğın baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb. 

Biləcəri Lokomotiv Deposuna məxsus TEM-27661 markalı teplovozda yanğın başlayıb. Hadisə yerinə Şabran Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın yanğınsöndürənlərin köməyi ilə söndürülüb.

Nəticədə teplovozun mühərrik şöbəsi qismən yanıb.