Qayıqdakı partlayışda yaralananların SON VƏZİYYƏTİ
    • 30-10-2019, 10:56
    • 620

Qayıqdakı partlayışda yaralananların SON VƏZİYYƏTİ

Səhiyyə Nazirliyi ötən gün Bakı şəhərinin Pirallahı rayonunda, dənizdə seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında baş vermiş partlayışda xəsarət alan 3 şəxs haqda məlumat yayıb.

News24.az
-a verilən məlumata görə, yaralılardan birinin müalicəsi reanimasiya şöbəsində davam edir və vəziyyəti ağır qiymətləndirilir. Digər iki nəfər isə cərrahiyyə şöbəsindən palataya köçürülüblər. Vəziyyyətləri orta ağırdır.