Bakıda qorxunc ailə cinayəti – keçmiş arvadı ilə 23 yaşlı qaynını doğradı
    • 31-10-2019, 11:30
    • 1 066

Bakıda qorxunc ailə cinayəti – keçmiş arvadı ilə 23 yaşlı qaynını doğradı

Bakıda qətl törətmiş şəxs barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Suraxanı Rayon Prpkurorluğunda Ələsov Müşfiq Zakir oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə açılan işin istintaqı yekunlaşıb. Materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Azər Paşayevin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, hadisə zamanı bıçaq xəsarətləri alan 1991-ci il təvəllüdlü Ələsova Zülfiyyə Etibar qızı cinayət törədən ərindən boşanıbmış. Müşfiz Ələsov onun Yeni Suraxanı qəsəbəsində yaşadığı evə gəlib və dava salaraq bıçaqlayıb. Bu zaman araya girən Zülfiyyənin qardaşı İbrahim Qaraşlı da ağır bıçaq zərbələrinə tuş gəlib. Müşfiq onun ürəyinə 2 dəfə ağır zərbə endirib və 23 yaşlı İbrahim hadisə yerində ölüb.