Bakıda binanın həyətindən avtomobil OĞURLANDI
    • 31-10-2019, 14:05
    • 773

Bakıda binanın həyətindən avtomobil OĞURLANDI

Bakıda avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, oktyabrın 30-da Beyləqan rayon sakini İ.Fərəcova Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edərək, həmin gün saat 18 radələrində Q.Qarayev prospektindəki evlərdən birinin qarşısında park xidməti göstərən Bərdə rayon sakini X.Mehdizadəyə “Mercedes” markalı avtomobilini saxlamaq üçün verdiyini, sonuncunun isə avtomobili qaçırdığını bildirib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Nərimanov rayonu ərazisində ön və dam hissəsi əzilmiş vəziyyətdə tapılıb.

Həmin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən X.Mehdizadə polis əməkdaşları tərəfindən saxlanılıb, onun sərxoş halda olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır..