Azərbaycanda qadına qarşı iyrənc əməl – Evə girən kişi onu...
    • 1-11-2019, 20:05
    • 880

Azərbaycanda qadına qarşı iyrənc əməl – Evə girən kişi onu...

Abşeron rayonunda soyğunçuluq etmiş şəxs barəsində açılan cinayət işinin ibtidai istinaqı yekunlaşıb.
News24.az -ın məlumatına görə, Abşeron Rayon Polis İdarəsində Ramazanov Şirzad Cahangir oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3-cü, yəni, soyğunçuluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə maddəsi ilə açılan işin materialları Abşeron Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Vaqif Həsənovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, təqsirləndirilən Ş.Ramazanov tanışı R.Cəfərovanın evinə qanunsuz olaraq daxil olaraq ona qarşı soyğunçuluq edib.