Bərdədə 6, Masallıda 3 otaqlı EV YANDI
    • 2-11-2019, 11:10
    • 1 200

Bərdədə 6, Masallıda 3 otaqlı EV YANDI

Bərdə rayonunun Mollalı kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə,  ümumi sahəsi 280 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsi və dam örtüyünün yanar konstruksiyaları 140 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Masallı rayonunun Qızılağac kəndində isə ümumi sahəsi 76 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının tavanı və dam örtüyü 40 m² sahədə yanıb