Xətai və Nizami rayonlarında hərəkət DAYANDI

Xətai və Nizami rayonlarında hərəkət DAYANDI
HADİSƏ

02 noyabr 2019, 19:43

Mətn ölçüsü

Bu dəqiqələrdə hava şəraiti ilə əlaqədar olaraq şəhərin Xətai və Nizami rayonlarında hərəkət tamamilə dayanıb.
News24.az xəbər verir ki, artıq bir saatdan çoxdur həmin yolda tıxac böyüyüb. Sərnişin avtobusları yollarda qalıb.Hadisə yerindən verilən məlumata görə, tıxac səbəbindən çox ciddi narazılıq yaşanır.
Qeyd edək ki, faktiki hava şəraiti ilə yanaşı, toy mövsümünün də başlanması ucbatından restoranların yerləşdiyi küçələrdə sıxlıq daha çox müşahidə olunur.  

YouTube