Bakıda insanı dəhşətə gətirən hadisə - Qrup şəklində azyaşlı oğlanı zorladılar
    • 4-11-2019, 11:37
    • 1 738

Bakıda insanı dəhşətə gətirən hadisə - Qrup şəklində azyaşlı oğlanı zorladılar

Bakıda azyaşlı oğlana qarşı seksual xarakterli cinayət törətmiş şəxslər barsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, T.Mehtiyev, M.Hüseynov, B. Hacıyev və E.Soltanov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü, yəni, seksual xarakterli zorakılıq əməlləri - on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim İradə Həsənzadənin sədrliyi ilə baxılacaq. Təqsirləri sübuta yetirilsə həmin 4 nəfəri səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, 4 nəfərin qrup şəklində azyaşlı A.Hüseynova qarşı zorakılıq hərəkətləri etməsi üzə çıxandan sonra həmin şəxslər məsuliyyətə cəlb edilib və barələrində cinayət işi açılıb.

Xəbər lenti