"BakuBus" -la avtobus toqquşdu xeyli sayda yaralı var

"BakuBus" -la avtobus toqquşdu xeyli sayda yaralı var
HADİSƏ

05 noyabr 2019, 00:46

Mətn ölçüsü

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, avtoqəza Qaqa Qarayev prospektində qeydə alınıb.

Hadisə zamanı 57 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə "BakuBus" MMC-yə məxsus marşrut avtobusu toqquşub. İlkin məlumata görə, yol qəzası nəticəsində azı 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılır.