Keçmiş məhkumdan 2715 manatlıq OĞURLUQ

Keçmiş məhkumdan 2715 manatlıq OĞURLUQ
HADİSƏ

5-11-2019, 12:06

Mətn ölçüsü

Hacıqabul rayonunda evdən 2715 manatlıq məişət və geyim əşyaları oğurlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da şəhər ərazisindəki evlərin birindən 2715 manat dəyərində məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş M.Abdullayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.