Yeniyetməni diz çökdürən kişi efirə çıxdı:
    • 6-11-2019, 01:04
    • 1 307

Yeniyetməni diz çökdürən kişi efirə çıxdı: "Qızım ilə oğlumun arasında intim əlaqənin olduğunu dedi"

"Mən gecə-gündüz əziyyət çəkib, övladlarım üçün çalışıram".


News24.az xəbər verir ki, ATV kanalında yayımlanan "Bizimləsən" verilişinə qatılan kişi yeniyetməni niyə alçatmasına aydınlıq gətirib. 


O bildirib ki, qarşısında diz çökdürdüyü yeniyetmə onun övladlarına şər ataraq bunları deyib: "Bu oğlan mənim qızım ilə oğlumun arasında intim əlaqənin olduğunu deyib. Bunu eşidən qız intihar həddinə çatıb. Dünən gecədən səhərə qədər yatmadan onların başının üstündə dayanmışam". 


Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkədə ona nalayiq söz dediyi üçün alçaldılan gəncin videogörüntüləri yayılmışdı.