Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN
    • 6-11-2019, 09:22
    • 1 426

Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının onbirinci mərtəbəsində ümumi sahəsi 100 m² olan 3 otaqlı mənzilin eyvanında 1 m² sahədə məişət tullantıları yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.