Bakıda mənzildən 68 yaşlı qadın meyiti TAPILDI
    • 6-11-2019, 13:37
    • 804

Bakıda mənzildən 68 yaşlı qadın meyiti TAPILDI

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Kərimova Sevda Turab qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.