Bakıda yataqxana binasında yanğın oldu

Bakıda yataqxana binasında yanğın oldu
HADİSƏ

10 noyabr 2019, 10:46

Mətn ölçüsü

Bakı şəhərinin Pirallahı rayonunda ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində yanğın olub.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az -a verilən məlumata görə, ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 m² sahədə və dəhlizinin tavanı 4 m² sahədə yanıb.


Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.