Salam Sarvan meyxanaçılara söz SAVAŞI AÇDI
    • 11-11-2019, 11:25
    • 1 169

Salam Sarvan meyxanaçılara söz SAVAŞI AÇDI

“Biz indiyədək meyxananın əleyhinə dibinəcən çıxmamışıq. Amma son vaxtlar açıq hiss olunur ki, meyxananın efirlərdə kütləvi təbliği cəmiyyətdə qaqaşlıq intonasiyasında fəsadlar törədir”.

News24.az xəbər verir ki, bunu şair Salam Sarvan sosial şəbəkədə şərhində yazıb. O qeyd edib ki, artıq bu məsələyə, nöqtə qoymaq qərarına gəlinib: “Mən meyxana aləminin öz içindən seçəcəyi iki nəfərlə deyişmək istərdim. Daha doğrusu, bu, çağırışdır. şərtimiz: dörd qafiyə - ikisi oynaq, ikisi əruz. Qafiyələrin ikisini mən, ikisini onlar açırlar. Hər iki tərəfdən xiridarların sayı 10 nəfər olsun. Hər iki tərəfdən çəkiliş. Həmin şəxslər “bağlanacağ”ı təqdirdə meyxana efirlərə çıxmamalıdır, həyatın yeraltılarında yaşamaqda davam eləməlidir, mən bağlanacağım təqdirdə qələm yerə qoyulur”.

Qeyd edək ki, məsələ ilə bağlı meyxanaçı Ağamirzə ilə əlaqə saxladıq. O buna razı olmadığını bildirdi: "Ümumiyyətlə bununla bağlı danışmaq istəmirəm". 

Afaq Mirayiq