SON DƏQİQƏ! Bakı və Sumqayıtda YANĞINLAR
    • 12-11-2019, 09:15
    • 1 721

SON DƏQİQƏ! Bakı və Sumqayıtda YANĞINLAR

Bakı və Sumqayıt şəhərlərində yanğın hadisələri baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 60 m² olan lambirin və taxtadan ibarət tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində isə ümumi sahəsi 100 m² olan kafenin mətbəxində 1 ədəd məişət avadanlığı və 5 p.m elektrik naqili yanıb. Kafe yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıda baş verən digər yanğın hadisəsi Nizami rayonunda olub. “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.