Müslüm Maqomayevin həyat yoldaşı XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

Müslüm Maqomayevin həyat yoldaşı XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
HADİSƏ / MƏDƏNİYYƏT

12 noyabr 2019, 11:18

Mətn ölçüsü

Mərhum Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya təcili olaraq xəstəxanaya yerləşdirilib.

News24.az REN TV-yə istinadən xəbər verir ki, hazırda T.Sinyavskaya ürək cərrahiyyəsi şöbəsində müayinə olunur və nəticələr əməliyyat və ya konservativ müalicə barədə qərar vermək üçün istifadə ediləcək.

Qeyd edək ki, Sinyavskaya görkəmli opera müğənnisidir. Onun ikinci həyat yoldaşı "Sovet İttifaqının qızıl səsi" Müslüm Maqomayev olub.