Azərbaycanda 17 yaşlı oğlanı evdə öldürmək istədilər
    • 12-11-2019, 12:24
    • 1 287

Azərbaycanda 17 yaşlı oğlanı evdə öldürmək istədilər

Sumqayıtda qətl törətməyə cəhd etdiyinə görə məhkum edilmiş şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.120.1-ci, yəni qəsdən adam öldürməyə cəhd maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Rəşidov Ataş Nüsrət oğlu Ali Məhkəmədən işə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib.

Müraciətə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qanlı hadisə keçən il baş verib. Sumqayıt şəhəri 12-ci mikrorayon, ev 35b, mənzil 9 ünvanında 17 yaşlı 2001-ci il təvəllüdlü Bəxtiyar Elnur oğlu Allahverdiyev yaşadığı evdə tanışı tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.