Nefçilərdə qadını döyən şəxslə bağlı ARAŞDIRMA BAŞLADI - VİDEO

Nefçilərdə qadını döyən şəxslə bağlı ARAŞDIRMA BAŞLADI - VİDEO
HADİSƏ

13 noyabr 2019, 11:07

Mətn ölçüsü

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırmaya başlayıb.

Sözügedən məsələ ilə bağlı News24.az-a açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər barədə məlumatlıdır: "Müvafiq rayon polis idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq buna hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, axşam saatlarında Bakıda iki nəfər şəxs avtomobillərin qarşısını kəsərək əllərindəki əşyalarla avtomobillərə zərər vurub. Sonra isə küçə ilə gedən qadına hücum ediblər. Daha sonra ətrafdakı insanlar həmin şəxslərin üzərinə hücum edərək onları döyüblər.

Instagram