Bakıda oğul atasını döydü – CİNAYƏT İŞİ AÇILDI
    • 14-11-2019, 17:48
    • 988

Bakıda oğul atasını döydü – CİNAYƏT İŞİ AÇILDI

Bakıda oğulun atasını döyməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Qaradağ rayon sakini H.Həsənov polisə şikayət edərək oğlu Turalın onu döydüyünü bildirib. Məsələ ilə bağlı tibbi ekspertiza təyin edilib və H.Həsənovun xəsarət alması təsdiqlənib. Faktla bağlı T.Həsənov barəsində Cinayət Məcəlləsinin 128-ci, yəni qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.

Artıq iş üzrə araşdırmalar yekunlaşdırılıb və cinayət işinin materialları Qaradağ Rayon Məhkəməsinə göndərilib.