Atasını öldürən oğulla bağlı DİN-dən AÇIQLAMA

Atasını öldürən oğulla bağlı DİN-dən AÇIQLAMA
HADİSƏ

16 noyabr 2019, 13:59

Mətn ölçüsü

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, noyabrın 15-də Gəncə şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Y. Dadaşov evində münaqişə zəminində atası Mübarizə bıçaqla çoxsaylı xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş yaralı orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Y. Dadaşov saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.