Azərbaycanda vəkil qəfildən ölüb
    • 18-11-2019, 13:41
    • 875

Azərbaycanda vəkil qəfildən ölüb

Azərbaycanda vəkil vəfat edib. 

News24.az "Report"a istinadən xəbər verir ki, 20 saylı Vəkil Bürosunun sədri İlhamə Həsənova məlumat verib.

İ.Həsənova qeyd edib ki, Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili İsmayıl Əhməd 59 yaşında ürək tutmasından dünyasını dəyişib.

O, uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, İ.Əhməd 12 il vəkillik fəaliyyəti ilə məşğul olub.