“Mercedes”in vurduğu piyada hadisə yerində öldü
    • 19-11-2019, 15:45
    • 898

“Mercedes”in vurduğu piyada hadisə yerində öldü

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, rayonun Masazır qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini Cəmil Əsədovu Cəlilabad rayon sakini R.Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.