Bakıda 2 EV YANDI
    • 21-11-2019, 09:15
    • 1 192

Bakıda 2 EV YANDI

Bakıda gecə və səhər saatlarında yanğın hadisələri baş verib.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və əşyalar 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Binəqədi rayonunda isə ümumi sahəsi 360 m² olan mansarda tipli ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin mətbəxində 2 p.m mətbəx mebeli və 3 m² sahədə əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.