Əcnəbinin Yasamalda kirayə qaldığı evdən pulunu oğurladılar
    • 22-11-2019, 00:04
    • 635

Əcnəbinin Yasamalda kirayə qaldığı evdən pulunu oğurladılar

Bakıda əcnəbi vətəndaşın pulunu aparıblar.
Daxili İşlər Nazirliyindən News24.az -a verilən məlumata görə, noyabrın 20-də saat 3 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Ə.Qasımov şübhəli şəxs qismində Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə təhvil verilib.
Araşdırmalarla onun noyabrın 19-da Səbail rayonunun ərazisində əcnəbi vətəndaşın kirayədə yaşadığı evdən 4000 BƏƏ realı, 81 Bəhreyn dinarı və 50 ABŞ dolları, habelə geyim əşyaları oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.