Bakıda avtomobillər toqquşdu - 2 NƏFƏR ÖLDÜ
    • 22-11-2019, 14:17
    • 621

Bakıda avtomobillər toqquşdu - 2 NƏFƏR ÖLDÜ

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, noyabrın 21-də saat 6 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Abdullayevin və M.Kazımovun idarə etdikləri “Mercedes” markalı 2 avtomobil toqquşub. Nəticədə İ.Abdullayevin sərnişinləri - paytaxt sakinləri Surxay Abbasov və Kifayət Məmmədova hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.