Bakıda təmir olunan yol yenə çökdü
    • 23-11-2019, 22:40
    • 1 226

Bakıda təmir olunan yol yenə çökdü

Bakıda yeni təmir olunan yolda yenidən çökmə baş verib və çatlar yaranıb.
News24.az bildirir ki, Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Səbail rayonu, ''Bibiheybət'' məscidindən üzü şəhər istiqamətinə gedən yoldan gedir.
Çökmə və çatların olması bu yoldan istifadə edən sürücüləri də narahat edir.
Məsələ ilə bağlı "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən ''Xəzər Xəbər''ə bildirilib ki, sözügedən yol tektonik ərazidə yerləşir. Həmin yol Agentliyin nəzarəti altındadır və sürücülərin narahatlığına heç bir əsas yoxdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə şifahi olaraq bildirib ki, yolun yerləşdiyi ərazi sürüşmə zonasında yerləşir.Bir neçə il əvvəl yolun alt hissəsinə, yəni Bakı Gəmiqayırma Zavodu olan tərəfdə istinad divarları çəkilib. Aparılan monitorinqlər zamanı məlum olub ki, ərazi sürüşmə zonasında olduğuna görə yüksək təzyiq həmin istinad divarlarında qabarmaların yaranmasına səbəb olub. Bununla yanaşı, yolda çatlar və çökmə də baş verib.
Əziz Qaralov onu da qeyd edib ki, həmin ərazidə monitorinqlər davam etdirilir.