Deputat:
    • 24-11-2019, 17:11
    • 963

Deputat: "Şəkər həkim getdikdən sonra nişanlısı ilə telefonla danışıb”

"Bu gün Milli Məclisin deputatları Azər Badamov, Eldəniz Səlimov və mən Qusar rayonunun Xurel kəndinə getdik. Bir neçə gün əvvəl zəhərlənmədən dünyasını dəyişən Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Şəkər Faiq qızı Xasmətovanın yas mərasimində iştirak etdik, ailəsinə və yaxınlarına başsağlığı verdik".
News24.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə "Facebook" hesabında yazıb.
Deputat qeyd edib: "Şəkər öz həmkəndlisinə nişanlı imiş, təcili yardım həkimi getdikdən sonra nişanlısı ilə telefonla danışır, başının ağrıdığını bildirir. Nişanlısı təcili Bakıya gəlmək istəsə də, Şəkər razı olmur.
Şəkər universiteti bitirdikdən sonra ixtisası üzrə öz kəndlərindəki orta məktəbdə fizika müəllimi işləmək arzusunda imiş. Dünən Şəkərin oxuduğu qrupun tələbələri onu son mənzilə yola salmağa gəlmişdilər".