Gəncədə evdən 64 yaşlı kişi meyiti TAPILDI
    • 25-11-2019, 15:41
    • 648

Gəncədə evdən 64 yaşlı kişi meyiti TAPILDI

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Abdıyev Qabil Məhəmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.