Polis avtomobillə piyadanı vurdu
    • 25-11-2019, 22:31
    • 819

Polis avtomobillə piyadanı vurdu

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində olub.

Rayonun Düz Qırıqlı kənd sakini, 1997-ci il təvəllüdlü Həsənov Saleh Ələddin oğlu idarə etdiyi "KİA" markalı 99AV917 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən kənd sakini, 2002-ci il təvəllüdlü Ələkbərov Süleyman Çingiz oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən S.Həsənov Tovuz rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantıdır.

Faktla bağlı araşdırma aparılır.