Bakıda 12 yaşlı qız dəm qazından boğularaq ölüb
    • 26-11-2019, 10:54
    • 1 988

Bakıda 12 yaşlı qız dəm qazından boğularaq ölüb

Bakıda dəm qazından ölüm faktı qeydə alınıb.

News24.az
APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini, 2007-ci il təvəllüdlü İsmayılova Fidan Şəmsi qızı yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.