Bakıda yolu keçən qadını maşın vuraraq öldürüb
    • 26-11-2019, 12:30
    • 863

Bakıda yolu keçən qadını maşın vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, noyabrın 25-də saat 23 radələrində Binəqədi rayonunun S.S.Axundov küçəsində Bakı şəhər sakini E.Əliquliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Pakizə Axundovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.