Bakıda beşmərtəbəli binada yanğın baş verdi
    • 26-11-2019, 23:58
    • 905

Bakıda beşmərtəbəli binada yanğın baş verdi

Bakının Səbail rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən News24.az -a verilən məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin bir otağında televizor və ev əşyaları 2 kv.m sahədə yanıb.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.