Bakıda həbs edilmiş agentlik rəhbərindən YENİ XƏBƏR
    • 27-11-2019, 20:53
    • 1 705

Bakıda həbs edilmiş agentlik rəhbərindən YENİ XƏBƏR

Bir müddət əvvəl həbs edilən “Qafqaz” xəbər agentliyinin rəhbəri Mahmud Tağıyev Ali Məhkəməyə müraciət edib.
News24.az -ın məlumatına görə, Cinayət Məcəlləsinin 182.3.2-ci, yəni, hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilən M.Tağıyev Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Qafqaz” Xəbər Agentliyinin (qafqaznews.az saytı) rəhbəri Tağıyev Mahmud Rasim oğlu Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. Onun cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha iki nəfər tanınıb.